Nargis for Eco

Nargis təmiz planet üçün! Böyük fərəh hissilə sizə çatdırmaq istərdik ki, Bakı şəhərində «Yaşıl Şəbəkə» hərəkatı çərçivəsində məktəblilər arasında ən yaxşı ekoloji instalyasiya hazırlanması üzrə müsabiqə təşkil edildi. Müsabiqə “Nargis” jurnalı tərəfindən “Ekoklubkarla” birgə həyata keçirilir. Təşkilatçılar müsabiqənin hazırlığında kompleks yanaşmadan istifadə etdilər. Bu lahiyədə iştirak edən məktəblilər, Bakı Dənizkanarı milli parkda qalib instalyasiyanın yerləşdirilməsi uğrunda mübarizə aparmaqdan savayı, müsabiqə çərçivəsində təşkil olunan ekologiya sahəsində master-klasslar və dərslər sayəsində vacib biliklər əldə edəcəklər. 24 yanvar tarixində 189-190 nömrəli məktəbdə ilk master-klass rəssam Rəşad Ələkbərov tərəfindən və “Nargis” jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın iştirakı ilə uğurla baş tutdu.