Nargis” komandası 2 saylı uşaq evinin qonağı oldu

Mütləq ki, ad günlərini dostlarla qeyd etmək lazımdır! Məhz bu səbəbdən fəaliyyətimizin 9-cu ildönümündə təsisçimiz Ülviyyə Mahmudova və “Nargis” komandası 2 saylı uşaq evinin qonağı oldq. Uşaqlarla oyunlar, rəqslər, gülüş və sevinc dolu unudulmaz bir gün keçirtdik, ad günümüz həqiqətən möhtəşəm keçdi! Uşaqlar üçün əyləncə proqramı, face art, şirniyyatlar və şarlar təşkil edən “Şokki Mokki” şirkətinə, eyni zamanda hər bir uşaq üçün özəl hədiyyələr təqdim edən “SuperToys” və «Mado»şirkətinə dərin minnətdarlığımızı bildiririk! Ayrıca olaraq daim təəccübləndirə bilən uşaqların sevimlisi sehrbaz-illüziyaçı Anar Əliyevə təşəkkürümüzü bildiririk. Gəlin birlikdə bu anları izləyək!