SMARTWOMEN Nargis x Samsung Qusar

Sizinlə #SMARTWOMEN layihəmizin video çarxlarını paylaşmağa davam edirik. Növbəti qəhrəmanımız - fotoqraf Mələk Bayramlıdır. O, mənzərəli, əhalisinin böyük _hissəsi_ qadınlardan ibarət olan, dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşən Qusar rayonunun Laza kəndində çəkilişlər edib. Bu qadınlar dağlardan topladıqları kəklikotunu satırlar və başlarına naxışlı _kəlağayı_ _taxırlar_. Çəkiliş zamanı Mələk yalnız Galaxy S10+ flaqman smartfonundan istifadə edib. Birlikdə baxırıq!