“Force of Love” adlı incəsənət festivalı çərçivəsində 1 saylı uşaq evinin sakinləri rəngarəng və ilhamverici bir gün yaşadılar.
Uşaqlar müxtəlif yaradıcı master-klasslara qoşularaq öz bacarıqlarını nümayiş etdirdilər və əyləncəli anlar keçirdilər.
Festivalda həmçinin istedadlı gənclərin rəsm əsərləri satışa çıxarılaraq onların yaradıcılığına dəstək verildi. Günün sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olundu və onlar üçün unudulmaz xatirələr qaldı.

