Uşaqların Beynəlxalq Müdafiəsi Günü!

Əziz uşaqlar! Bir iyun gününüz mübarək olsun!
Bu gözəl bayramı çox özəl bir şəkildə Şəhidlərimizin əmanəti – onların övladları ilə birlikdə keçirtdik. Əziz şəhid və qazi övladları ilə birgə Azərbaycanın bütün balalarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, dünyada hər bir uşağın sağlam və xoşbəxt böyüməsini, qayğısız uşaqlıq yaşamasını arzu edirik!
Bu möhtəşəm günün videohesabatını diqqətinizə çatdırırıq. Uşaqlar üçün bayramın təşkil olunmasında bizə dəstək olan tədbirin baş sponsoru “PASHA Property Management”, sponsorlar “Shokki Mokki”, “Sun”, “McDonald’s”, “The Entertainer”, eləcə də ADRA, “BakuBus”, “Karavan.az”, Dendrologiya Institutu, animator Mr.White, rəssam Günay ZebiçVüqar müəllimə dərin minnətdarlığımızı bildiririk!
Video by: @penthousegroupaz