Xüsusi tədris otağının açılış mərasimi Biləsuvar

Əziz dostlar! “Technological Embrace” layihəsi çərçivəsində yaradılmış sonuncu xüsusi tədris otağının açılış mərasimi Biləsuvar rayon 1 saylı tam orta məktəbdə keçirildi. Həmin gündən video hesabatı sizə təqdim edirik. Layihənin təşəbbüskarı və əsas təşkilatçısı olan “Samsung” şirkətinə Azərbaycan gənclərini müasir rəqəmsal texnologiyalarla daha yaxından tanış etdiyinə və təhsil prosesini daha interaktiv hala çevirdiyinə görə Fondumuz adından dərin minnətdarılığımızı bildiririk! Xatırladırıq ki, layihə “Nargis” Fondunun dəstəyi ilə həyata keçdi. Öz növbəmizdə layihə çərçivəsində əhatə edilmiş universitet və məktəblər daxil olmaqla bütün şagirdlərə və tələbələrə 2020-ci ildə uğurlu və maraqlı tədris ili arzu edirik!