Xüsusi tədris otağının açılış mərasimi Quba

Əziz dostlar! Böyük fərəh hissilə sizə çatdırmaq istərdik ki, Yeni il ərəfəsində “Nargis” fondun dəstəyi ilə “Technological embrace” təhsil-xeyriyyə lahiyəsi uğurla başa çatdı. Layihənin təşəbbüskarı və əsas təşkilatçısı olan “Samsung” şirkətinə Azərbaycan gənclərini müasir rəqəmsal texnologiyalarla daha yaxından tanış etdiyinə və təhsil prosesini daha interaktiv hala çevirdiyinə görə fondumuz adından dərin minnətdarılığımızı bildiririk! Layihə çərçivəsində ilk xüsusi tədris otağının açılış mərasimi Quba rayonunun Alekseyevka kənd orta məktəbində Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun iştirakı ilə ötən ilin sentyabr ayında baş tutmuşdu. Həmin gündən video hesabatı sizə təqdim edirik.