1 saylı körpələr evinə ziyarət

4 mart tarixində "Nargis" fondunun təsisçisi Ülviyyə Mahmudova və əməliyyat meneceri Nərmin Əliyeva Nəsimi rayonunda yerləşən bir saylı körpələr evini ziyarət ediblər. Uşaqlara fond tərəfindən nəfəsalma aparatları, uşaq qidaları, geyim əşyaları, qida məhsulları və gigiyena vasitələri təqdim olunub. Qeyd edək ki, "Nargis" fondu çoxsaylı tədbirlər keçirir, Azərbaycanda mesenatlıq ənənələrini davam etdirir. Fondun əməkdaşları mütəmadi olaraq uşaq evləri və məktəb-internatlarını ziyarət edir, onların sosial problemləri ilə maraqlanırlar.