@joycenter.az ilə əməkdaşlıq çərçivəsində “Nargis” Fondu tərəfindən autizm spektr pozuntulu 10 uşağın 3 aylıq reabilitasiya və müalicə xərcləri qarşılanmışdır.
Bu müddət ərzində uşaqlar fərdi və qrup terapiyalarında iştirak edərək, onların ünsiyyət, sosial, davranış və gündəlik həyat bacarıqlarının inkişafına yönəlmiş peşəkar dəstək alıblar.
Layihə çərçivəsində həyata keçirilən dəstəyin nəticələrini əks etdirən hesabat fotolarını sizinlə paylaşırıq.
Birlikdə daha çox uşağın həyatına ümid olmağa davam edəcəyik.









