“Nargis” Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi.

Aprelin 20-si, Ramazan bayramı münasibətilə, “Nargis” Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi. Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 100 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi.
Layihə “Alliance Group”, “PAŞA Bank”, “Coca-Cola”, Qətər Dövlətinin Azərbaycandakı Səfirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və İsrailin Azərbaycandakı Səfirliyinin sponsorluğu və “Yango”nun təşkilati dəstəyi ilə həyata keçirildi.
Qoy bayram sevinci heç bir evdən əskik olmasın!
Sevgi ilə, “Nargis” Fondu.