Bilik gününə hazırıq!

Yeni tədris ilinin başlanması ilə “Nargis” Fondu ehtiyacı olan ailələrin övladlarına dəstək məqsədilə növbəti sosial təşəbbüsünü həyata keçirib.

Layihə çərçivəsində bir qrup şagird məktəb forması və çanta ilə təmin olunub. Təşəbbüsün əsas məqsədi uşaqların yeni tədris ilinə lazımi hazırlıqla başlamasına və məktəb mühitində özlərini daha rahat və inamlı hiss etmələrinə dəstək olmaqdır.

15 sentyabr - Bilik Günündə "Nargis" Fondu olaraq arzumuz budur ki, hər bir uşaq diqqətini təhsilinə yönəldə və yeni biliklərə həvəslə addımlaya bilsin. Çünki savadlı və sağlam gələcəyin təməli məhz biliklə qoyulur.