Əlil uşaqlar üçün Novruz bayramı sevinci

Fiziki və əqli inkişaf özəllikləri olan uşaqlara hər zaman qayğı göstərən "Nargis" fondu “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin sakinlərini Novruz bayramı ərəfəsində sevindirdi.
Bayram proqramına uyğun olaraq uşaqlar "Nargis" fondu tərəfindən təmin olunmuş xüsusi avtobuslarda "Park Cinema" kinoteatrına gətirildilər. Burada uşaqlar animasiya filminə baxdılar, həmçinin onlara popkorn və sərinləndirici içkilər paylanıldı. Onların arasında ilk dəfə müasir kinoteatrın qonağı olan uşaqlar da oldu.
Daha sonra uşaqlar "McDonald's" restoranına yola düşdülər. Burada onları özəl təamlar və "McDonald's" şirkətindən özəl hədiyyələr gözləyirdi.
Qeyd edək ki, bu kimi tədbirlər "Nargis" fondu tərəfindən hər il keçirilir. Onların məqsədi əlil uşaqlara və valideyn himayəsindən məhrum uşaqlara dəstək olmaq, cəmiyyətin tam, bərabər hüquqlu üzvü olduqlarını xatırlatmaqdır. Fond bu səmtdə fəaliyyətini davam etdirəcək.