"Nargis" Fondu və Bank Respublika tərəfindən xeyriyyə aksiyası keçirildi.

Yeni il bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi. Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 30 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi. Qeyd edək ki, xeyriyyə aksiyası “Bank Respublika”nın dəstəyi ilə həyata keçirildi. Xeyriyyə təşəbbüslərinə daim verdiyi dəstəyə görə “Bank Respublika”ya dərin minnətdarlığımızı bildiririk!
Qoy bayram sevinci heç bir evdən əskik olmasın!
Sevgi ilə, “Nargis” Fondu!