Qurban bayramı ərəfəsində yardım aksiyası keçirildi

Müqəddəs Qurban bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən ənənəvi xeyriyyə aksiyası həyata keçirildi. Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 210 aztəminatlı ailəyə ərzaq sovqatları və qurban əti təqdim olundu.
Layihə “RAİLGO” MMC, “PAŞA Bank” ASC və “Kolin İnşaat Azərbaycan” şirkətlərinin sponsorluğu ilə həyata keçirildi.


Ailələrə təqdim olunan sovqat qutularına düyü, un, şəkər tozu, kəllə qənd, günəbaxan yağı, tomat, müxtəlif növ makaron məhsulları, bulğur, qırmızı mərcimək, qarabaşaq, çay, duz, marmelad məhsulları və bütöv toyuq daxil edilib. Bununla yanaşı, hər ailəyə ayrıca qurban əti də paylanılıb.


“Nargis” Fondu hər il Qurban bayramı münasibətilə təşkil etdiyi bu aksiya ilə ehtiyacı olan ailələrə dəstək göstərməyi və bayram sevincini bölüşməyi qarşısına məqsəd qoyur.
Allah edilən duaları, kəsilən qurbanları, xoş niyyətləri və bütün yardımları qəbul etsin!
Müqəddəs Qurban Bayramınız mübarək!