Ramazan bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi

Ramazan bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi.
Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 100 aztəminatlı ailə bir aylıq ərzaq sovqatı ilə təmin edildi.

Qeyd edək ki, xeyriyyə aksiyası “R Group Holding”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Unibank” - ın sponsorluğu ilə keçirilən Ramazan layihəsi çərçivəsində həyata keçirildi.

Eyni zamanda, bizə hər zaman dəstək olan və ərzaq qutularını götürməyə gələn insanları pulsuz və rahat şəkildə evlərinə çatdıran @yango.az - a öz təşəkkürümüzü bildiririk!