Yarmarkalar 30/01/19

2018/19 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının hesabatı!

Bildiyiniz kimi, dekabrın 1-dən 2019-ci il yanvarın 6-dək “Nargis Fund” tərəfindən ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirildi. Altıncı ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf edildi. Diqqətinizə çatdırmaq istərdik ki, 2018/19cu il xeyriyyə yarmarkamızdan ürək qüsurlu, anadangəlmə eşitmə qüsurlu və digər müxtəlif diaqnozlu körpələrin müalicəsi üçün toplanan ümumi məbləğ 364.331 AZN təşkil edir. Bundan əlavə,təsisçimiz Ülviyyə Mahmudova,xeyriyyəçi Səbinə Rəhimova və digər anonim sponsorlarımız tərəfdən toplanan məbləğ isə 129.820 AZN-dir. Müalicə olunan uşaqların siyahısını sizə təqdim etməyi özümüzə borc bilirik.Bu xeyirxah işdə bizə yardım edən xeyriyyəçi Səbinə Rəhimovaya və anonim sponsorlararımıza,eləcə də təsisçimiz Ülviyyə Mahmudovaya dərin minnətdarlığımızı bildiririk! Xəstəxana fakturalarını diqqətinizə yetiririk! Qeyd etmək istərdik ki, xəstəxana fakturalarında bank köçürmələri xərcləri qeyd edilməmişdir.

2018/19 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan körpələr;

  1. Azəri Mira Ceyhun qızı
  2. Fuad Mirzəmətov Şahmar oğlu
  3. Ömər Yunuslu Nahil oğlu
  4. Vaqif Əliyev Zahid oğlu
  5. Zəhra Abbasova
  6. Uğur Əsgərov Pərvin oğlu
  7. Turan Ələkbərli Asiman oğlu
  8. Sara Bayramlı Rövşən qızı
  9. Ayxan Gəncəli Qüdrət oğlu
  10. Aişə Bayramova Ramil qızı
  11. Ayxan Rəhimli Vüqar oğlu
  12. Günəş İsmayılzadə Səxavət qızı
  13. Xumar Tağızadə Əlixan qızı
  14. Müşfiq Dadaşlı Əmir oğlu