Yarmarkalar 06/02/24

2023/2024 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının hesabatı!

Əziz dostlar! Bildiyiniz kimi, 1 dekabr 2023-ci il tarixindən 15 yanvar 2024-cü il tarixinədək «Nargis» Fondu tərəfindən ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirildi. Qürur hissi ilə xeyriyyə yarmarkasının hesabatını diqqətinizə çatdırırıq. Yarmarka sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yarmarkada evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edirik. Uşaqların müalicə və əməliyyat xərcləri 660.740 AZN təşkil etdi. 2023/2024 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan körpələr:

  • Anastasia Akelova - 83 000 USD
  • Yusif Kərimzadə - 55 000 USD
  • Yasin Şabanov - 90 000 USD
  • Kübra Əsgərzadə - 2 000 USD
  • Cavad Abdullayev - 68 000 USD
  • Dağnur Əmrahov - 83 000 USD
  • Zəhra Mansurova - 10 000 USD

Bu xeyirxah işin ərsəyə gətirilməsində bizə dəstək olan sponsorlarımıza, iştirakçılarımıza , eləcə də qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk!