Yarmarkalar 15/03/24

"Torpaq əlimdə, Bahar Ürəyimdə" yarmarkasının tərəfdaşları və iştirakçıları.

Əziz dostlar! Hər il olduğu kimi, “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasının sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Qürur və sevinc hissi ilə sizi builki yarmarkanın sponsorları, tərəfdaşları və iştirkaçıları ilə tanış etmək istəyirik.


Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişıq” ASC, Bakı Abadlıq Xİdməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” Təhlükəsizlik xidməti, “HazırCavab” və “Bakı Strafor Kəsim” MMC-dir.

“Torpaq əlimdə, bahar ürəyimdə” 2024 xeyriyyə yarmarkası sponsorlar ”PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”R Group Holding”, ”Azərlotereya”, ”TESS”, ”Trendyol”, ”Lays”, ”Xırta-Xırt” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

”Nargis” fondu hər bir sponsor, tərəfdaş və iştirakçıya dərin minnətdarlığını bildirir və uğurlar arzulayır!