Yarmarkalar 06/12/22

Bizim əziz və hörmətli tərəfdaşlar!

Əziz dostlar! Hər il olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Qürur və sevinc hissi ilə sizi builki yarmarkanın sponsorları, tərəfdaşları və iştirkaçıları ilə tanış etmək istəyirik.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq təhlükəsizlik xidməti, “Bakı Strafor Kəsim” MMC, “CinemaPlus” və “Brand Media” MMC-dir. “Soyuq Əllər, İsti Ürək” 2022-2023 xeyriyyə yarmarkası sponsorlar “Paşa Holdinq”, “Azercell”, “Coca-Cola”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Visa”, “AzerGold” QSC, “ASCO”, “Azərçay”, “Coffee'NJoy”, “Shokki Mokki”, “Crystalex”, “Ozmo”, “Biscolata”, “XırtaXırt”, “Vyana Şokolad Evi” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

”Nargis” Fondu hər bir sponsor, tərəfdaş və iştirakçıya dərin minnətdarlığını bildirir və uğurlar arzulayır!