Əziz dostlar! Qürur hissi ilə “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkasının hesabatını diqqətinizə çatdırırıq. Yarmarka sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada yerləşən evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edirik. Uşaqların müalicə və əməliyyat xərcləri 437.286 AZN təşkil etdi. Hal-hazırda uşaqların əməliyyatları və müalicələri davam etdiyinə görə siyahıdakı hər bir uşaqla bağlı ətraflı hesabat və sənədləri bir müddət sonra təqdim olunacaq. “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan körpələr:
- Aişənur İlyaslı - 95.000 USD
- Raul Əliyev - 83.000 USD
- Yusif Cəbrayılov - 4.786 AZN
- Ömər Əhmədov - 75.000 USD
- Yeni doğulmuş Karginova - 700 AZN
- Əhəd Məmmədov - 1.700 AZN
Uşaqlara dəstək olmuş hər bir quruma və şəxsə dərin minnətdarlığımızı bildiririk!