Yarmarkalar 01/12/14

Yarmarka-2014: açılış

3 dekabr tarixində Fəvvarələr meydanında "Soyuq Əllər İsti Ürək" xeyriyyə yarmarkasının açılışı baş tutacaq. Hər kəsi Yeni il layihəmizdə iştirak etməyə dəvət edirik. Bir ay ərzində Sizi tanınmış qonaqlarla görüşlər, tədbirlər, suvenirlər, şirniyyatlar və hədiyyələr, sürprizlər və əsl qış nağılının qəhrəmanları hiss etdirəcək uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr gözləyir. Yarmarkada dəyərli hədiyyələr, həmçinin "Pasha Travel" turizm şirkətindən Disneyland-ə ailəvi səyahət oynanılacaq.