Yarmarkalar 09/05/23

“YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sponsorları və tərəfdaşları - VİDEO

”Nargis” Fondu tərəfindən Fəvvarələr meydanında təşkil olunan “YayLand Fest” 2023 xeyriyyə yarmarkası sponsorlar “Paşa Holdinq”, “Coca-Cola”, “m10”, “Azercell”, “Xırta-Xırt”, “Atabey Çiğ Köfte”, “Xırdalan”, “Milla”, “Chocolatier”, “AzerGold”, “ASCO”, “Şəhərdən Kəndə” aqroturizm layihəsi, “BirBank”, “Yango”, “Coffee’n Joy”, “Bizim Tarla”, “Azərçay” və Anadolu Universiteti Azərbaycan Proqramlarının əvəzolunmaz dəstəyi ilə keçirilir.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq təhlükəsizlik xidməti, “Bakı Strafor Kəsim” MMC şirkətidir. “Nargis” Fondunun adından bütün sponsor və tərəfdaşlarımıza göstərdikləri mühim dəstəyə görə dərin minnətdarlığımızı bildiririk!