Xəbərlər 17/12/17

2 nömrəli xüsusi internat məktəbinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında

Dekabrın 17-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qonaq oldular. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. Yeni ilin əsas simvollarından olan Şaxta baba ilə görüş, rəqs və musiqi nömrələri şənlik iştirakçılarında gözəl hisslər doğurub. Əyləncəli şou-proqramda balacalara “Xırtaxırt” və “Pizza Mizza”dan dadlı təamlar və “Bambini” şirkətindən hədiyyələr təqdim edildi.

“Nargis Fund” tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara, eləcə də “Masha”, “Mitboks”, “Siport” və “Chayman” şirkətlərinə təşəkkürünü bildirir.