Xəbərlər 07/12/17

2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş

Animator Rasim tərəfindən təşkil edilən əyləncə proqramından sonra uşaqlara “Pizza Mizza”dan dadlı təamlar, “Bir doxsan” və “Azərbaycan çayı” tərəfindən isti və soyuq içkilər təqdim edildi. Lekal, Balkhoorma, Xırtaxırt, Şabalıd No.1, I’m honey və Vüqar müəllim tərəfindən hazırlanmış xüsusi qarğıdalı və şirniyyatlar, eləcə də kiçik hədiyyələr uşaqlar üçün bu günü daha yaddaqalan etdi.

“Nargis Fund” tədbirin təşkilində bizə dəstək olan “BakuBus”MMC-yə və “IL Patio” restoranına dərin minnətdarlığını bildirir!