Xəbərlər 08/12/17

2 saylı uşaq evinin sakinləri ilə bir gün

Suraxanı rayonundakı 2 saylı uşaq evinin sakinləri dekabrın 8-də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qonaq oldular. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. Yeni ilin əsas qəhrəmanı olan olan Şaxta baba ilə görüş, rəqs və musiqi nömrələri şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Əyləncə dolu günün sonunda balaca qonaqlara “Pizza Mizza” və “Xırtaxırt”dan dadlı təamlar, “Lokmacı”dan ləziz şirniyyatlar, “Bambini”dən oyuncaqlar və “Happy Balloons”dan şarlar təqdim edildi.

Uşaqlara bayram sevinci yaşatmaqda “Nargis Fund”a dəstək olan bütün xeyirxah insanlara dərin minnətdarlığımızı bildiririk!