Xəbərlər 19/12/16

2 saylı uşaq evinin sakinləri üçün bayram şənliyi

Dekabrın 17-də “Nargis Fund” Suraxanı rayonundakı 2 saylı uşaq evinin sakinlərinə əsl bayram sevinci yaşadıb. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qonaq olan balacalara “Fresh Catering” şirkətindən dadlı təamlar və “Bambini”dən hədiyyələr təqdim edilib. Tədbirdə uşaqlar üçün ən yadda qalan anlar Azərbaycanın tanınmış futbolçuları ilə görüş olub. Uşaqlara bayram sevinci yaşatmaqda dəstək olan bütün şəxslərə təşəkkür edirik!