Xəbərlər 02/01/17

Bakı Əyləncə Mərkəzində bir gün

Yanvarın 2-də Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbinin, yanvarın 3-də isə Suraxanı rayonu 2 nömrəli Uşaq evinin sakinləri Bakı Əyləncə Mərkəzində qonaq olublar. Mərkəzdəki onlarla attraksion, oyun avtomatları və müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növləri uşaqların tam ixtiyarına verilib. Bundan başaqa, balaca qonaqlar gün ərzində fokus, müsabiqə və hədiyyələrlə dolu şou-proqram izləyiblər.

“Nargis Fund” tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara dərin minnətdarlığını bildirir!

https://www.youtube.com/watch?v=ktSBsDBvRw8