Xəbərlər 01/06/17

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında görüş

Bu gün “Nargis” xeyriyyə fondu Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub. Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə klinikada əyləncəli proqram təşkil edilib. Balacalara Kamran Razmovarın iştirakı ilə maraqlı proqram və “Mister White” (Oleq) köpük şousu nümayiş olunub. Sonda “Nargis Fund” uşaqları bayram hədiyyələri ilə sevindirib.

Məhz sözugedən uşaq klinikası,bölgədə ilk olmaqdan yanaşı 2012-ci ildən fəaliyyət göstərir. Klinikada dünyaca məşhur istifadə olunan perspektivli proqramlar və müalicə metodları istifadə olunur. Burada kimyaterapiya və radiasiya müalicəsi, cərrahiyyə və immunoterapiya müvəffəqiyyətlə həyata keçirilir. Buradakı müalicə metodları müasir standartlara cavab verir və baş verən bütün yan təsirlər müvafiq peşəkarlıqla aradan qaldırılır. Əsas məqsəd körpələrin beynəlxalq təcrübə və yeni texnologiyaların yarattığı imkanlarla müalicə etməkdir.