Xəbərlər 06/05/22

“Nargis Fund”ın dəstəyi ilə əməliyyat olunan uşaqlar “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının növbəti qonaqları “Nargis” xeyriyyə fondunun dəstəyi ilə müalicə və əməliyyat edilən uşaqlar oldular. Uşaqlar dekabrın 28-də yarmarkanın keçirildiyi Fəvvarələr meydanına “BakuBus” avtobusları ilə gətirildilər. Yarmarkanın sevimli qonaqları üçün animatorların iştirakı ilə əyləncəli şou-proqram, “Xırtaxırt” və “Il Patio”dan yemək süfrəsi təşkil edildi, uşaqlar həmçinin ləzzətli popkornun dadına baxdılar. “Happy Balloons” və “Bambini” şirkətlərinin təqdim etdiyi hədiyyələr və şarlar uşaqların böyük sevincinə səbəb oldu.