Xəbərlər 12/05/26

Peter Vesterbacka ilə müsahibə

Angry Birds” fenomeninin memarı, dünyanın aparıcı startap tədbiri olan “Slush”-ın həmtəsisçisi, dünyaca məşhur “Mighty Eagle” - Peter Vesterbacka “Nargis” Fondunun qonağı oldu!


“Nargis” Fondunun təqdimatında xeyriyyəçilik və ictimai təşəbbüslərə töhfə verən şəxslərlə silsilə müsahibələr çərçivəsində növbəti videomuzu təqdim edirik.
Peter Vesterbacka innovasiya və sahibkarlıq sahəsində qlobal təsirə malik fiqurlardan biridir. O, illərdir gənclərin inkişafına, təhsilə və yeni ideyaların dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə çıxış edir, müxtəlif ölkələrdə gənc nəslin potensialını açmağa kömək edir.
Bu müsahibədə o, uğur hekayəsi, düşüncə tərzi və gənclərə verdiyi tövsiyələrlə bölüşür.
Səmimi və ilhamverici söhbət üçün Peterə təşəkkür edirik!

Çəkiliş: @var.yox