Xəbərlər 23/12/16

Professor Nikolyanın 2 saylı uşaq evinin sakinləri üçün şousu

“Nargis” xeyriyyə fondu Yeni il bayramı münasibətilə Suraxanı rayonundakı 2 saylı uşaq evinin sakinlərini sevindirib. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının qonaqları olan balacalara “Fresh Catering” şirkətindən ləziz təamlar və “Bambini” şirkətindən hədiyyələr təqdim edilib. Tədbirin ən maraqlı anı professor Nikolyanın şousu olub. Uşaqlara bayram sevinci yaşatmaqda dəstək olan bütün şəxslərə təşəkkür edirik!