Xəbərlər 16/12/16

Şağan qəsəbəsi 3 saylı internat evinin sakinləri üçün bayram şənliy

“Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının növbəti qonaqları Şağan qəsəbəsi 3 saylı internat evinin sakinləri olublar. Uşaqlara “Fresh Catering” şirkətindən dadlı təamlar və “Kraft” şirkətindən hədiyyələr təqdim edilib. Bayram şənliyi Şaxta baba və Qar qızın gəlişi ilə daha da canlanıb. Uşaqlara bu sevinci yaşatmaqda dəstək olan bütün şəxslərə təşəkkür edirik!