Xəbərlər 15/01/23

«Qardaş Türkiyəyə dəstək kampaniyası» və 7303 qısa nömrəsi layihələrinin rəsmi hesabatı.

Sizin sayənizdə www.nargisfund.com saytında «Xeyriyyə» bölməsində «Qardaş Türkiyəyə dəstək kampaniyası» vasitəsilə 8,915.80 AZN (köçürmə zamanı e-point platforması üzərindən 3% komissiya haqqı tutulmuşdur) yığılan vəsait Ziraat Bank vasitəsilə AFAD-a ianə edilib. Əlavə olaraq, «Nargis» Fondu tərəfindən qardaş ölkəyə 2.000 AZN məbləğində vəsait ianə edilib.

Azercell şirkəti ilə əməkdaşlığımız çərçivəsində 7303 qısa nömrəsi vasitəsilə 39,115.80 AZN (köçürmə zamanı komissiya haqqı 10% tutulmuşdur) məbləğində vəsait toplanmış və AFAD-a ianə edilmişdir.

Dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk! ❤️