Xəbərlər 24/04/17

Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə

Xəbər verdiyimiz kimi, “Nargis” xeyriyyə fondu tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 saylı internat məktəbində təmir-bərpa işləri aparılmış, mütəmadi olaraq yardımlar edilmişdir. Görülən işlərlə əlaqədar məktəbin müdiriyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinə məlumat vermişdir. Bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən məktəbdə təmir-bərpa işlərini həyata keçirdiyi üçün “Nargis Fund”ın rəhbərliyinə təşəkkürnamə göndərilmişdir. Bu, bizim üçün böyük uğur və şərəfdir!