Xəbərlər 14/04/23

«Türkiyədə zərərçəkənlər üçün konteyner evlərin alınması» yardım kampaniyasının rəsmi hesabatını.

Dostlar! Məlum olduğu kimi, Türkiyədə baş vermiş zəlzələ nəticəsində evi dağılmış və evsiz qalmış zərərçəkənlər üçün xüsusi konteyner evlərə ehtiyac var idi. Bəhs edilən modul tipli konteyner evlər uzun müddət yaşamaq üçün hər cür şəraitlə təmin edilib. Bir ədəd konteyner evin qiyməti 7 000 AZN təşkil edir.

Sizin sayənizdə www.nargisfund.com saytında «Xeyriyyə» bölməsində «Türkiyədə zərərçəkənlər üçün konteyner evlərin alınması» humanitar yardım kampaniyası vasitəsilə 20.300$ vəsait toplandı və bu gün «Afet Bölgesi Konteyner Kent Yardım» hesabına ianə edildi (köçürmə zamanı e-point platforması üzərindən 3% komissiya haqqı tutulmuşdur).

Dəstək kampaniyasının rəsmi hesabatını postun davamında görə bilərsiniz.
Dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk! ❤️