Xəbərlər 15/05/23

Türkiyədə zərərçəkənlər üçün konteyner şəhərciyi tikildi.

Əziz dostlar!
Qardaş Türkiyədə baş verən zəlzələ hamımızı çox kədərləndirdi. Zərərçəkənlərə yardım məqsədilə “Nargis” fondu olaraq xeyriyyə kampaniyasına start verdik. Nəticədə 50 000 AZN topladıq və AFADa ianə etdik.
Daha sonra fəlakət bölgəsində konteyner şəhərinin yaradıldığını və köməyə ehtiyac olduğunu öyrənən kimi fevral ayında “Nargis” fondunun platformasında yeni kampaniya başlatdıq.
Birlikdə 20 300 ABŞ dolları topladıq və bu pul Ümraniye bələdiyyəsinin fəlakət bölgəsinin konteyner şəhər yardım hesabına ianə edildi. Topladığımız ianələr sayəsində Kahramanmaraş Onikişubat rayonunda 6 evdən ibarət (36 insanın sığına biləcəyi) konteyner şəhərciyi tikildi.
Kampaniyaya dəstək olmuş və ianə etmiş hər kəsə təşəkkür edirik!
Acınız acımız, sevinciniz sevincimizdir, Türkiyə!