Xəbərlər 10/12/17

“Ümid Yeri” Uşaq Sığınacaq evinin sakinləri ilə görüş

Dekabrın 10-da “Ümid yeri” Uşaq Sığınacaq evinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qonaq oldular. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. Balacaların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar animator Anarın şousunu seyr etdilər, müxtəlif oyunlarda iştirak etdilər və bayram əhval-ruhiyyəli tədbirdən xüsusi zövq aldılar. Onlara xeyriyyə yarmarkasının tərəfdaşları olan “Pizza Mizza”dan dadlı təamlar, “Coca Cola”dan sərinləşdirici içkilər, “Bambini”, “Happy Balloons”, o cümlədən “Nargis Fund”dan hədiyyələr təqdim edildi.

Tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara, o cümlədən “World Telecom” və “Chayman” şirkətlərinə dərin minnətdarlığımızı bildiririk!