Xəbərlər 07/07/17

“Ümid Yeri” uşaq sığınacaq evinin sakinləri üçün film nümayişi

Uşaqlara bayram bəxş etmək üçün xüsusi səbəb lazım deyil. Bu ideyanı əsas götürərək “Nargis Fund” iyulun 7-də “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında “Ümid Yeri” uşaq sığınacaq evinin sakinləri üçün film nümayişi təşkil edib. Tədbirdə iştirak edən uşaqların müəssisədən kinoteatra gəlib-getmələri üçün “BakuBus” MMC tərəfindən xüsusi avtobuslar ayrılıb. 30-a yaxın uşaq Azərbaycanın ilk uşaq komediyası olan “Samedik” filmini böyük maraqla izləyiblər. Film nümayişindən sonra onlara “Park Cafe”dən dadlı təamlar təqdim olunub. “Nargis Fund” tədbirin təşkilində əməyi olan rejissor Ramiz Hüseynzadəyə, o cümlədən “BakuBus” şirkətinə dərin minnətdarlığını bildirir!