Xəbərlər 16/12/17

“Ümid yeri” uşaq sığınacaq evinin sakinləri üçün şənlik

Dekabrın 16-da “Ümid yeri” Uşaq Sığınacaq evinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qonaq oldular. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. Balacaların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar animator Anarın şousunu seyr etdilər, müxtəlif oyunlarda iştirak etdilər və bayram əhval-ruhiyyəli tədbirdən xüsusi zövq aldılar. Əyləncəli şou-proqramdan sonra sevimli qonaqlara “Pizza Mizza”, “Xırtaxırt”, “Lokmacı” və “Balık-ekmek”dən təamlar təqdim olundu, onlar həmçinin popkorn və ləzzətli şabalıdlardan daddılar. Tədbirin sonunda uşaqlara “Bambini” və “Happy Balloons” şirkətlərindən hədiyyələr təqdim edildi.

“Nargis Fund” tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara, həmçinin Gənclər evi, “Utti Deluxe” və “Chayman” şirkətlərinə öz minnətdarlığını bildirir!