Xəbərlər 08/12/17

Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri üçün şənlik

Dekabrın 9-da Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin sakinləri “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ziyarət etdilər. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. “Nargis Fund” tərəfindən təşkil olunan bayram şənliyində animator Anarın şousu nümayiş olundu, uşaqlar müxtəlif əyləncəli oyunlarda iştirak etdilər və əyləndilər. Daha sonra onlara xeyriyyə yarmarkasının tərəfdaşları olan “Xırtaxırt” və “Pizza Mizza”dan dadlı təamlar, “Coca Cola”dan sərinləşdirici içkilər, “Bambini”, “Happy Balloons”, “Sədəf”, o cümlədən “Nargis Fund”dan hədiyyələr təqdim edildi.

Tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara, o cümlədən “Uttu De Luxe” və “World Telecom” şirkətlərinə dərin minnətdarlığımızı bildiririk!