Böyrək 18/02/20

Cavid Axundov

12 yaşlı Cavid Axundovun ailəsi fondumuza müraciət etdiyi zaman təcili olaraq böyrək köçürülməsi əməliyyatına ehtiyac duyurdu. Maddi cəhətdən əməliyyat xərclərini qarşılamağa çətinlik çəkən ailəyə “Nargis” fondu yardım göstərdi. Donor qismində anası çıxış edən balaca Cavid “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və Cavidin vəziyyəti qənaətbəxşdir. Əməliyyatın həyata keçirilməsində bizə dəstək olan bütün xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!