Böyrək 28/09/17

Namiq Zeynalov

Yaş yarımlıq Namiq Zeynalov xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Həkimlərin səhvi ucbatından körpəyə artıq bir ildir ki, kateter cihazı taxılıb. Onun İstanbulun “Gaziosmanpaşa” xəstəxanasında ediləcək əməliyyatı üçün 16 000 ABŞ dolları tələb olunurdu. Bu məbləğin bir hissəsi – 10 000 ABŞ dolları anonim şəxs tərəfindən “Nargis Fund”a ianə edildi. Yerdə qalan məbləğ – 6000 ABŞ dolları isə “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi vasitəsilə toplandı. Vəziyyəti ağır olan körpənin əməliyyatı oktyabrın 2-də baş tutacaq. Namiqin səhhəti ilə bağlı məlumat yenilənəcək.

02.10.2017

Oktyabrın 2-də böyrək çatışmazlığından əziyyət çəkən iki yaş yarımlıq Namiq Zeynalov “Nargis Fund”ın nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə İstanbulun “Gasiosmanpaşa” klinikasına yollanıb. Namiq Zeynalov üzərində aparılan əməliyyat isə uğurla başa çatıb, yaxın günlərdə o, xəstəxanadan evə buraxılacaq. Lakin balaca bir neçə il həkim nəzarəti altında olmalıdır. “Nargis Fund” əməliyyatın həyata keçirilməsində yardım edən anonim şəxslərə, eləcə də “Azərbaycan Hava Yolları” QSC-yə və “Türk Hava Yolları” şirkətinə öz minnətdarlığını bildirir.