Böyrək 14/11/19

Tahir Quliyev

13 yaşlı Tahir Quliyevə bir müddət öncə hipospadiya diaqnozu qoyulmuşdu. Təcili əməliyyata ehtiyacı olan Tahir bir müddət öncə “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və halhazırda tam sağlam şəkildə həyatına davam edir. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-ə dərin minnətdarlığımızı bildiririk! Tahirin əməliyyatı barədə daha ətraflı məlumatı nargisfund.com saytımızdan əldə edə bilərsiniz.