Sevinc Zöhrabova

Dostlar! Qeyd etdiyimiz kimi, “YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.

Ağciyər xərçəngindən əziyyət çəkən Sevinc Zöhrabova dərmanların alınmasında köməklik göstərilməsi üçün “Nargis” Fonduna müraciət edib. Sevinc xanımın müalicəsi üçün ehtiyacı olan «Tagrisso» dərmanının qiyməti - 5.434 ABŞ dollarıdır.
Həmin məbləğ ”YayLand Fest” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı.
Sevinc xanıma sağlamlığı uğrunda aparılan mübarizədə tezliklə qalib gəlməsini arzu edirik!