Koxlear 06/02/19

Azəri Mira

“Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində anadangəlmə eşitmə qüsuru olan Azəri Mira uğurla koklear implantasiya əməliyyatı edilib. Bir müddət əvvəl isə onun qulağına eşitmə cihazı taxıldı. 1 yaşlı Mira ətrafda baş verənləri duymağa və doğmalarının səsini eşitməyə başladı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!