Koxlear 04/06/19

Beyrək Hüseynzadə

Mart ayında ağır eşitmə qüsurundan əziyyət çəkən Beyrək Hüseynzadə “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı olunub. Ötən həftə “Mediline” Group Assitance şirkətinin təşkilatı ilə fond tərəfindən əməliyyat edilən Beyrəyin Bakıda müayinəsi keçirildi. “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazının taxılması prosesi həyata keçirildi. Əməliyyatın həyata keçirilməsində bizə dəstək olan anonim şəxslərə, “Mediline” Group Assitance şirkətinə,eləcə də “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Beyrəyin ilk təəsüratlarını sizinlə bölüşürük!