Koxlear 28/08/19

Mehdi Həsənov

Cari ilin aprel ayında ağır eşitmə qüsurundan əziyyət çəkən 3 yaşlı Mehdi Həsənov “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı olunub. Əməliyyat uğurla icra olundu və may ayında Bakıda Mehdinin qulağına “Mediline” Group Assitance şirkətinin təşkilatı ilə xüsusi eşitmə cihazı taxıldı. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Mehdi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!