Koxlear 26/05/21

Nərgiz Əlili

Əziz dostlar! Karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində Türkiyəyə göndərilən bir digər balamızla sizləri tanış etmək istərdik. Bu dəfəki hesabatımız fondumuza daha öncə müraciət edən və ağır eşitmə qüsurundan əziyyət çəkən Nərgiz Əlili haqqındadır. Keçən ilin fevral ayında azyaşlı Nərgiz “Nargis” Fondunun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurlu koklear implant əməliyyatı keçirdi. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazını taxıldı.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!