Koxlear 03/02/21

Nuray və Gülnar Lətifova

Karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində Türkiyəyə göndərilən ailələrdən biri də fondumuza daha öncə müraciət edən və ağır eşitmə qüsurundan əziyyət çəkən ana və bala-Gülnar Lətifova və Nuray Lətifovadır. Keçən ilin fevral ayında Gülnar xanım və Nuray “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurla koklear implant əməliyyatı olundu. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onların qulağına eşitmə cihazlarının taxılması prosesi həyata keçirildi.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Nuray və Gülnar xanımı uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!