Koxlear 29/01/20

Sinan Qurbanov

Əziz dostlar, məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri anadangəlmə eşitmə qüsurundan əziyyət çəkən Sinan Qurbanovdur. Nəzərinizə çatdırırıq ki, ilk dəfə olaraq fondun dəstəyilə 10 yaşlı uşaq koklear implantasiya əməliyyatı olundu. Sinan bir müddət öncə “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, o cümlədən Sinan və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!